Azərbaycanda "Mercedes" ağaca çırpıldı - XƏSARƏT ALANLAR VAR
Bizi izləyin

Hadisə

Azərbaycanda "Mercedes" ağaca çırpıldı - XƏSARƏT ALANLAR VAR

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında Calut kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes"markalı, "90-OG-170" dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər: sürücü - 1997-ci il təvəllüdlü Ağayev İbrahim Akif oğlu, 1995-ci il təvəllüdlü Bayraməliyev Amal Mahir oğlu və daha bir nəfər xəsarət alıblar. İ.Ağayev və A.Bayraməliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyətlərinin ağır olduğu nəzərə alınaraq Şəki rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Hadisə zamanı xəsarət alan digər şəxsə isə ambulator yardım göstərilib. Məlumata görə, avtomobildə olan şəxslər toy mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm