Azərbaycanda dəhşətli hadisə - 81 yaşlı kişinin əli amputsiya edildi
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli hadisə - 81 yaşlı kişinin əli amputsiya edildi

Gədəbəy rayonunda ahıl kişi ehtiyatsızlıqdan balta ilə özünə xəsarət yetirib.

Hadisə rayonun Əlismayıl kəndində baş verib.

Kənd sakini, 1938-ci il təvəllüdlü Qiyas Hüseynov odun doğrayan zaman ehtiyatsızlıqdan sol əlinə balta ilə ağır xəsarət yetirib. Xəstəxanaya aparılan yaralı cərrahiyə əməliyyatı edilib və onun əli amputasiya olunub.

Hazırda Q.Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm