Bakıda əvvəllər məhbus həyatı yaşayan yeniyetmə yenidən tutuldu
Bizi izləyin

Hadisə

Bakıda əvvəllər məhbus həyatı yaşayan yeniyetmə yenidən tutuldu

Bakıda oğurluğa cəhd etmiş yeniyetmə tutulub.

Publika.az xəbər verir ki, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun ofislərin birindən 2 ədəd kompyuter və avtomobil açarları, 1 mağazadan 330 manat və tütün məmulatları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm