Bərdədə ağır yol qəzası baş verdi - ÇOX SAYDA YARALI VAR
Bizi izləyin

Hadisə

Bərdədə ağır yol qəzası baş verdi - ÇOX SAYDA YARALI VAR

Bərdə rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

Bunlar Bərdə rayon sakinləri - Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

xxx

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm