SON DƏQİQƏ: SOCAR işçilərini təxliyəyə başladı - Axşama qədər...
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: SOCAR işçilərini təxliyəyə başladı - Axşama qədər...

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyə tədbirlərinə başlayıb.

SOCAR-dan Publika.az-a verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyəsinə başlayıb.

Bu gün səhər başlayan təxliyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm