Xəzərdə HƏYƏCAN: yüzlərlə insan təxliyə edildi
Bizi izləyin

Hadisə

Xəzərdə HƏYƏCAN: yüzlərlə insan təxliyə edildi

Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Publika.az-a bildirib ki, təxliyə prosesinin təşkilində şirkət lazımi təhlükəsizlik tədbirlərini təmin edib:

"Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR bütün istehsalat sahələrində təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Xüsusilə də dənizdə aparılan əməliyyatlar, açıq səthdə aparılan işlər dayandırılıb və maksimum dərəcədə məhdudlaşdırılıb. Bu gün səhərdən etibarən işçilərin planlı şəkildə dənizdən təxliyəsinə başlanılıb. Tədbirlər axşama qədər davam edəcək. İşçilərimiz dəniz platformalarından sahilə çıxarılır və platformaların ətrafında FHN-in gəmiləri də daxil olmaqla mütəmadi növbətçilik həyata keçirilir. Bununla da mümkün fövqəladə vəziyyətin qarşısının alınması üçün əlimizdən gələn maksimum tədbirləri görmüş olduq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm