Azərbaycanda eyni gündə bir ailənin 5 üzvü DƏFN OLUNDU - DƏHŞƏT
Bizi izləyin

Hadisə

Azərbaycanda eyni gündə bir ailənin 5 üzvü DƏFN OLUNDU - DƏHŞƏT

Ötən gecə Şəmkir rayonunda baş vermiş dəhşətli yol qəzası nəticəsində vəfat edən 5 nəfər bu gün dəfn edilib.

Publika.az xəbər verir ki, Şəmkir şəhəri Səməd Vurğun küçəsində "Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində həlak olan şəxslərin hamısı Morul kənd qəbiristanlığına torpağa tapşırılıb.

Morul kənd sakinləri “Vaz 21011”in sürücüsü, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, qardaşı 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və onun həyat yoldaşı, 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı bir yerdə, D.Orucovanın qızı Nübar və 1 yaşlı övladı isə digər tərəfdə dəfn ediliblər.

Dəhşətli qəzada ağır xəsarət alan ailənin digər üzvünün müalicəsi davam etdirilir. Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Nübar Əliyevanın həyat yoldaşı Rəşad Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ailə üzvləri Şəmkir şəhərindəki “Gold Qafqaz” şadlıq evində yaxın qohumlarının toy mərasimindən qayıdarkən dəhşətli qəzaya düşüblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm