• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

BDU-dan vəziyyəti pisləşən tələbələrlə bağlı AÇIQLAMA (YENİLƏNDİ)

  • Hadisə
  • 3 Dekabr 2019 12:12
  • 782 Baxış
BDU-dan vəziyyəti pisləşən tələbələrlə bağlı AÇIQLAMA

Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi ilə bağlı ali təhsil ocağı açıqlama verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Publika.az-a açıqlamasında bildirib ki, hadisə BDU-nun yataqxanasında deyil, kirayə qaldıqları mənzildə baş verib. Qızlar xalqızı olub: “Səhhəti pisləşən tələbələrdən yalnız Məryəm Ramazanova bizim universitetdə təhsil alır. İlkin diaqnoz isə mədə soyuqlamasıdır. Vəziyyəti hazırda qənaətbəxşdir”.

xxx

Bakı Dövlət Universitetinin yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tələbələrlə bağlı təcili yardıma səhər saat 08.15- də məlumat daxil olub.

Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

Xatırladaq ki, bundan əvvəl BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız hələ də müəyyən edilməyən səbəblərdən zəhərlənib, onlardan biri həyatını itirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR