• USD 1,7000 0,00% EUR 1,8883 +0,22%
    • GBP 2,2364 +0,31% RUB 0,0267 +0,37%

Keçmiş ərini ölümlə hədələdi, yeni doğulan uşağını... - Tərtərdə qadından ŞOK ƏMƏL

  • Hadisə
  • 3 Dekabr 2019 17:05
  • 501 Baxış
Keçmiş ərini ölümlə hədələdi, yeni doğulan uşağını... - Tərtərdə qadından ŞOK ƏMƏL

Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.

O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib. Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR