Ağdaşda faciəvi hadisə - FHN axtarışları başa çatdırdı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Ağdaşda faciəvi hadisə - FHN axtarışları başa çatdırdı - YENİLƏNDİ

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, S. Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*****

16:11

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağdaş rayonunda 1982- ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm