Avtobus sürücüsü saxlanıldı - Xuliqanlığa görə
Bizi izləyin

Hadisə

Avtobus sürücüsü saxlanıldı - Xuliqanlığa görə

Dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm