Astarada 57 yaşlı kişi faciəvi şəkildə öldü
Bizi izləyin

Hadisə

Astarada 57 yaşlı kişi faciəvi şəkildə öldü

Astara rayonunun Şiyəkəran kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm