Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü
Bizi izləyin

Hadisə

Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü

Gəncədə dərman zəhərlənməsindən ölüm hadisəsi baş verib.

Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Məhərrəmli Məzahir Hökmalı oğlu xəstəliyi ilə bağlı dərman qəbul edib. Bir müddətdən sonra M.Məhərrəmlinin vəziyyəti daha da ağırlaşıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yərləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, xeyiri olmayıb. M.Məhərrəmlinin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, M.Məhərrəmli xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərman preparatını həkim təyinatı olmadan içib və zəhərlənmədən ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm