İranın Azərbaycandakı Səfirliyində həyəcanlı anlar: FHN məlumat yaydı - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İranın Azərbaycandakı Səfirliyində həyəcanlı anlar: FHN məlumat yaydı - FOTO (YENİLƏNDİ)

İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.

Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb.

Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

***

İranın Azərbaycandakı Səfirliyində yanğın olub.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yanğın hadisəsi səfirliyin binasında otaqlardan birində olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazrliyinin canlı qüvvə və texnikaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

Səfirlikdən verilən məlumata görə, yanğın hadisəsi binada təmir aparılan otaqlardan birində baş verib. FHN əməkdaşlarının səyi nəticəsində yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm