Hadisə
Bakıda DƏHŞƏTLİ YANĞIN söndürüldü, təyyarə və helikopterlər havaya qaldırıldı - FOTO/VİDEO - (YENİLƏNİR)
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.
Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
Hazırda araşdırma işləri davam etdirilir.
***
11:30
FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub. Əlavə məlumat veriləcək.
***
10:50
FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Tikinti materiallarının yanğından mümkün qədər mühafizəsi məqsədilə Fövqəladə hallar nazirliyinin ərazidəki müvafiq qüvvələri səfərbər olunub. Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən Publika.az-a bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.
Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
***
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakıda ticarət mərkəzində yanğın başlayıb.
Trend-in məlumatına görə, hadsə paytaxtın Binəqədi rayonu ərazisində "Eurohome" tikinti materiallarının topdan satış bazarında baş verib. Bazardakı tikinti materialları mağazalarından birində başlanan güclü yanğın başqa mağazalara da keçib.
Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu


























.webp)
.jpg)










