Bakıda 2 avtomobil toqquşdu, 7 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Bakıda 2 avtomobil toqquşdu, 7 nəfər xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Yeni Ramana qəsəbəsində sürücü Abbasov Cəfər Mobil oğlu "Saipa" markalı avtomobilə idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn, Qurbanov Elçin Vəli oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Mirzəyev Rza Ziyəddin oğlu, 1983-cü il təvəllüdlü Kazımova Xatirə Tofiq qızı, 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Qəhrəman oğlu, 1987-ci il təvəllüdlü Əliyeva Günel Ələsgər qızı və 1993-cü il təvəllüdlü Ələsgərov Səddam Sədi oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm