• USD 1,7000 0,00% EUR 1,8845 +0,03%
    • GBP 2,2318 +0,64% RUB 0,0275 0,00%
election

Azərbaycanda dəhşətli hadisə - Qadın özünü qatarın altına atdı

  • Hadisə
  • 13 Dekabr 2019 13:40
  • 862 Baxış
Azərbaycanda dəhşətli hadisə - Qadın özünü qatarın altına atdı

Dekabrın 12-si saat 19:20-də dəmir yolunun Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir rayonunun Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova dəmir yolunun Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X.Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb.

Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR