• USD 1,7000 0,00% EUR 1,8738 -0,05%
    • GBP 2,2196 -0,02% RUB 0,0270 -1,11%
election

Məşhur filmimizin "Zaur"u evində ÖLÜ TAPILDI - ŞOK TƏFƏRRÜAT/VİDEO

  • Hadisə
  • 13 Dekabr 2019 17:52
  • 4 633 Baxış
Məşhur filmimizin "Zaur"u evində ÖLÜ TAPILDI - ŞOK TƏFƏRRÜAT/VİDEO

Video əlavə olunub.

***

15:14

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Qorxmaz Atakişiyev metronun “Ulduz” stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində yaşayırmış.

Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son günlərdə ümumiyyətlə, ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib.

Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə - “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.

Allah rəhmət eləsin.

Muxtar,

Video: Sevinc Xanqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR