Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - (YENİLƏNDİ)

Bakı Nəqliyyat Agentliyi (BNA) qəza ilə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda qeyd olunur ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.

KİA markalı minik avtomobili əks istiqamətə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb KİA markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması olub.

***

Bakıda səhər saatlarında ağır qəza baş verib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat Təcili Yardıma saat 8:45 daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm