Azərbaycanda maşının baqajından 506 ədəd kosmetik vasitə tapıldı - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda maşının baqajından 506 ədəd kosmetik vasitə tapıldı - FOTO

Gömrük nəzarətindən gizlədilən kosmetik vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Toyota RAV 4” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində və yük yerindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 20 adda 506 ədəd müxtəlif növ kosmetik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm