SON DƏQİQƏ: Bakı metrosunda qorxulu anlar - Son anda xilas edildi (FOTO)
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Bakı metrosunda qorxulu anlar - Son anda xilas edildi (FOTO)

Bakıda metroda gənc oğlan relslərin üzərinə yıxılıb.

Publika.az-ın məlumatına görə, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib. 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisə səhər saat 08:33 radələrində baş verib:

"1999-cu il təvəllüdlü O.E adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc, həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".

B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini vurğulayıb.

xxx

Bu gün 8.20-8.30 radələrində Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında 20-25 yaşlarında bir nəfər qatar relslərinin üzərinə yıxılıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Səməd Məlikzadə feysbuk profilində yazıb.

Jurnalist qeyd edib ki, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən götürüblər: "Tezliklə "Dərnəgül" stansiyasından qatarın gəlişi gözlənilirdi. Elə belə də oldu. Təxminən bir dəqiqə keçmiş həmin istiqamətdən gələn qatar stansiyaya girdi. Xoşbəxtlikdən faciə baş vermədi. Soydaşımız huşunu itirmişdi. Biz onun ürəktutmasından yıxıldığı qənaətində idik. Oğlanı stansiyadakı oturacağa uzatdılar. Qadınlardan biri dedi ki, deyəsən epilepsiyası var, barmaqlarını yığılmağa qoymayın və ağzını açın. Belə də etdilər və soydaşımız özünə gəldi. Az sonra polis əməkdaşları onu müayinə üçün apardılar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm