Kürdəmirdə avtomobil aşdı - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Kürdəmirdə avtomobil aşdı - Xəsarət alan var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Axtaçı kənd sakini “Mercedes” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəzarətdən çıxan avtomobil yol kənarındakı gölməçəyə düşüb.

Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib. Fakt araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm