Bakıda DƏHŞƏT – Nənə və 6 yaşlı nəvəsinin meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏT – Nənə və 6 yaşlı nəvəsinin meyiti tapıldı

Bakıda nənə və nəvəsi dəm qazından boğulub.

Publika.az xəbər verir ki, hadisə dekabrın 14-də günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb. 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə 6 yaşlı nəvəsi Əminə ilə hamam otağında olarkən dəm qazından boğulub.

Ə.Mirzəzadənni həyat yoldaşı xanımı ilə nəvəsinin hamamdan çıxmadığını görərək narahatlıq keçirib. O qapını qırıb içəri daxil olduqda hər iki şəxsin boğularaq öldüyünü görüb.

Məlumata görə, nənəsi ilə birgə vəfat edən azyaşlı ailənin tək övladı olub və valideynlərinin ailə qurmasından uzun illər sonra dünyaya gəlibmiş.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm