Yevlaxda iki avtomobil toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Yevlaxda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

"VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Elçin Məmmədov və 1994-cu il təvəllüdlü Natiq Zamanov xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm