QUSARDA DƏHŞƏT - Traktor dağdan dərəyə yuvarlandı - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

QUSARDA DƏHŞƏT - Traktor dağdan dərəyə yuvarlandı - ÖLƏN VAR

Qusar rayonunda ağır yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətinkeçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm