Lənkəranda bədbəxt hadisə - Yaralı var
Bizi izləyin

Hadisə

Lənkəranda bədbəxt hadisə - Yaralı var

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb.

Belə ki, rayonun Xolmili kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Əflatun oğlu Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı, 1962-ci il təvəllüdlü Viyən kənd sakini Ağasəlim Ağahüseyn oğlu Əhmədovu vurub. Nəticədə A.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəyə piyadanın sərxoş halda qəfildən nəqliyyat vasitəsinin qarşısına çıxmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm