Azərbaycanlı bəstəkar Türkiyədə vəfat etdi
Bizi izləyin

Hadisə

Azərbaycanlı bəstəkar Türkiyədə vəfat etdi

Azərbaycan Milli-Azadlıq Hərəkatının fəallarından olan, Türkiyənin Ərciyəz Universitetinin müəllimi, bəstəkar Müsəvvər Əsgəroğlu dünyasını dəyişib.

Bu barədə Kult.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Müsəvvər Əsgəroğlu neçə illər idi ki, Türkiyədə yaşayırdı. Vəfat xəbəri sosial şəbəkələrdə üzüntü ilə qarşılanıb. Müsəvvər Əsgəroğlu Meydan hərəkatının məşhur simalarından olan və hamının “Gültəkin ana” kimi tanıdığı Gültəkin Həsənovanın övladı idi. Azadlıq meydanında keçirilən ilk mitinqə o öz əlləri ilə tikdiyi müqəddəs üçrəngli bayrağımızı gətirib meydan iştirakçılarına paylamışdı.

Müsəvvər Əsgəroğlu 2 oktaybr 1947-ci ildə Naxçıvanda anadan olub. Məşhur Kəngərli nəslindən idi”, - E.Eltürk deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm