SON DƏQİQƏ: Xalq artisti VƏFAT ETDİ - FOTOLAR
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Xalq artisti VƏFAT ETDİ - FOTOLAR

SSRİ xalq artisti Qalina Volçek 87 yaşında vəfat edib.

Publika.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sovremennik” teatrından açıqlama verilib. Məlumata görə, sənətçi 2 gün əvvəl sətəlcəm diaqnozu ilə Moskvadakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sənətçinin vəfatından sonra minlərlə insan onun evinin qarşısına toplaşıb.

Qeyd edək ki, Qalina Volçek 1933-cü ildə Moskvada, məşhur rejissor və operator Boris Volchek və ssenarist Vera Maymina ailəsində anadan olub. O, 1955-ci ildə Moskva Akademik Bədaye Teatr məktəbini bitirib. Sənətçi “Don Kixot”, “Maşına baxın”, “King Lear”, “Payız Marafonu” və digər məşhur filmlərdə rol alıb. Qalina Volçek 1972-ci ildə “Sovremennik “ teatrının baş rejissoru olub. Sənətçi 1989-cu ildən bədii rəhbər vəzifəsini icra edirdi.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm