Nazirlik Azərbaycanda 4 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik Azərbaycanda 4 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Şirvan şəhərində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 27-də saat 11 radələrində Şirvan şəhəri ərazisində Tərtər rayon sakini Qadir Şamilov idarə etdiyi “Hyundai Santa fe” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüblər.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm