Azərbaycanda 6 nəfər 4 ay ərzində zavoddan 20 min manatlıq oğurluq etdi
Bizi izləyin

Hadisə

Azərbaycanda 6 nəfər 4 ay ərzində zavoddan 20 min manatlıq oğurluq etdi

Şirvanda oğurluqla məşğul olan şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 1-dən dekabrın 26-dək olan müddətdə şəhər ərazisindəki zavoddan 2860 manat dəyərində mis boru, 16.000 manat dəyərində istehsalat avadanlıqları və 580 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən İ.Əmənov, S.Ağayev, T.Yusifov, M.Zeynalov, O.Mütəllimov və L.Zeynalov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm