Bakıda yol qəzasında iki qardaş ağır xəsarət ald;
Bizi izləyin

Hadisə

Bakıda yol qəzasında iki qardaş ağır xəsarət ald;

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən yolun kənarında olan “Şaqman” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan 27 yaşlı Fərrux və 22 yaşlı Fərid adlı şəxslər müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan şəxslər qardaşdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm