Tovuzda avtomobil dərəyə aşdı - 8 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Tovuzda avtomobil dərəyə aşdı - 8 nəfər xəsarət aldı

Tovuz rayonunda avtomobil dərəyə aşıb.

"Report"un məlumatına görə, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Tovuz rayon sakinləri - 1972-ci il təvəllüdlü Aynur Cavanşır qızı İmamverdiyeva, 1973-cü il təvəllüdlü Azad Bayram oğlu İmamverdiyev, 1982-ci il təvəllüdlü Gülanə Azad qızı İmamverdiyeva, 1982-ci il təvəllüdlü Gülxoş Eldar qızı Yusibova, 1980-ci il təvəllüdlü Lalə Əhməd qızı İmamverdiyeva, 2001-ci il təvəllüdlü Azər Qısmət oğlu İmamverdiyev və 1973-cü il təvəllüdlü Azər Bayram oğlu İmamverdiyevdir. Qəzada daha bir nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm