Saatlıda minik avtomobili yoldan çıxaraq aşdı
Bizi izləyin

Hadisə

Saatlıda minik avtomobili yoldan çıxaraq aşdı

Saatlı rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün günorta saatlarında Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Qıraqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm