Azərbaycanlı professorun oğlu zəhərlənmədən vəfat etdi
Bizi izləyin

Hadisə

Azərbaycanlı professorun oğlu zəhərlənmədən vəfat etdi

Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.

Bu barədə "Report"a təhsil eksperti Etibar Əliyev məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:

"Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib" - deyə, E.Əliyev bildirib.

Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.

O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm