Bakıda blogerə xəsarət yetirən şəxslər tutuldu - FOTO
Bizi izləyin

Hadisə

Bakıda blogerə xəsarət yetirən şəxslər tutuldu - FOTO

Bakı polisi bloger Dəyanət Babayevə qarşı fiziki təzyiq göstərərək xəsarət yetirən şəxsləri keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirib.

Publika.az-ın xəbərinə görə, D.Babayev təzyiqə məruz qalması ilə bağlı həssaslıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

"Tez bir zamanda həmin şəxslərin müəyyən olunaraq tapılmasını təmin edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları bayram günlərində həyata keçirdiyi tədbirlər nəticəsində müvafiq şəxsləri yaxalayaraq, təhqiqat araşdırmalarına cəlb edib. Hazırda müvafiq polis orqanında araşdırmalar davam etdirilir".

D.Babayev bildirib ki, təzyiqə məruz qalması peşə fəaliyyəti ilə bağlı olmayıb: "Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat verəcəyəm, təzyiqə məruz qalmağım peşə fəaliyyətimlə bağlı deyil, mənə məlum olmayan səbəblərdən yaranan anlaşmazlıq ucbatından hücuma məruz qalmışam. Bütün bunlar araşdırma nəticəsində məlum olacaq. Bir daha Azərbaycan polisinə təşəkkür edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm