28 may metrosu yaxınlığında yanan bina söndürüldü (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

28 may metrosu yaxınlığında yanan bina söndürüldü (YENİLƏNDİ)

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının damında tikilən ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

15:11

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14:34

Bakıda yaşayış binasında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Süleyman Rəhimov küçəsində yerləşən binalardan birində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, binanın dam hissəsini tüstü bürüyüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm