Əfqanıstanda təbii fəlakət - 14 ölü
Bizi izləyin

Hadisə

Əfqanıstanda təbii fəlakət - 14 ölü

Əfqanıstanın Qəndəhar və Hilmənd vilayətlərində şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Publika.az xəbər verir ki, onlarla insan xəsarət alıb. İtkin düşənlərin olduğu bildirilir. Yerli mənbələrin məlumatına görə, suyun səviyyəsi 1 metri ötüb. Bu isə bölgədə son illərin rekord göstəricisidir.

Sel nəticəsində yüzlərlə tikili suya qərq olub. Çox sayda sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi barədə xəbərdarlıq edilib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm