Digahda “Niva” ağır qəza törətdi – ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Digahda “Niva” ağır qəza törətdi – ÖLƏN VAR

Yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi “VAZ-21214” (Niva) markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 12-də saat 22 radələrində orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm