Hadisə
Bakıda yol qəzalarında 3 nəfər öldü
Daxili İşlər Nazirliyi ötən gün baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bakının Nərimanov rayonunda isə yanvarın 13-də saat 6 radələrində F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bundan başqa dünən saat 7 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.dahabir ağır qəza yanvarın 13-də saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində baş verib. Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus “Mercedes” markalı evakuatora vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Nağıyev orada ölüb.
Ötən gün saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hər bir hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO