Maştağada ağır qəza - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Maştağada ağır qəza - ÖLƏN VAR

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata əsasən, yanvarın 15-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Məmmədov idarə etdiyi “Moskviç” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Bildirilir ki, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm