Azərbaycanda bir ailə göbələkdən zəhərləndi
Bizi izləyin

Hadisə

Azərbaycanda bir ailə göbələkdən zəhərləndi

Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib.

Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir.

Onlar göbələkdən zəhərləndiklərini bildirirlər. Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm