Ana 3 azyaşlı övladı ilə itkin düşdü
Bizi izləyin

Hadisə

Ana 3 azyaşlı övladı ilə itkin düşdü

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb.

Rayonun Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu yanvarın 18-də Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti zəng mərkəzinə müraciət edərək yoldaşı və 3 övladının itkin düşdüyü barədə məlumat verib. O müraciətində bildirib ki, həyat yoldaşı 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı yanvarın 17-si günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxanı götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu təxminən 160 santimetr, çəkisi 55-60 kiloqramdır, qaraşın və arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli ətək, ayağında alçaqdaban çəkmə olub.

Nurcan İsayevanın əlamətləri: boyu təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkçə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu təxminən 80 santimetr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (023) 315-01-31 və (055) 366 33 54 nömrəsinə məlumat vermələri xahiş edilir. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm