Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən və yaralı var - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən və yaralı var - - FOTO/VİDEO

Bakı-Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə səhər saatlarında qeydə alınıb.

Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan "Mercedes Sprinter" markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

TƏBİB-dən verilən məlumata görə, Sumqayıtda baş verən qəzada 1 nəfər ölüb.

Hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm