2 uşaq atası olan 28 yaşlı Fuadın meyiti tapıldı
Bizi izləyin

Hadisə

2 uşaq atası olan 28 yaşlı Fuadın meyiti tapıldı

Masallıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, rayonun Bədəlan kənd sakini Bağışov Fuad Yavər oğlu evinin həyətində yerləşən hamamda dəm qazından zəhərlənib. Onun hamamdan çıxmadığını görən ailə üzvləri narahatlıq keçiriblər və qapını açdıqda 28 yaşlı Fuadın artıq qazdan boğularaq öldüyünü görüblər.

Qeyd edək ki, vəfat edən gənc ailəli, 2 uşaq atası olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm