Azərbaycanda meşədə azan gənclər xilas edildi
Bizi izləyin

Hadisə

Azərbaycanda meşədə azan gənclər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndi yaxınlığında, meşəlik ərazidə 3 nəfərin azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az FHN-ə istinadən xəbər verir ki, dərhal qurumun Şimal Regional Mərkəzinin və Dövlət Yanğın Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Yusifli Natiq Namiq oğlu, 1994-cü il təvəllüdlü Tərlanov Tərxan Fazil oğlu və 1994-cü il təvəllüdlü Məmmədli Şəms Şamil qızı mürəkkəb relyefli çətin keçilən ərazidən tapılaraq xilas olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm