Bu ölkədə güclü partlayış baş verdi - Çox sayda ölü və yaralı var
Bizi izləyin

Hadisə

Bu ölkədə güclü partlayış baş verdi - Çox sayda ölü və yaralı var

Cənubi Koreyanın Tonhe şəhərindəki oteldə baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Çox sayda yaralı var.

Publika.az xəbər verir ki, partlayışın təsirindən tikilidə ciddi fəsadlar əmələ gəlib. Əraziyə cəlb edilən xilasedicilər yaralıları dağıntılar altından çıxarıb. Ölənlər və yaralılar arasında turistlərin olduğu istisna edilmir. Məlumata görə, partlayışdan sonra binada güclü yanğın baş verib.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun qonşu binalara keçməsinin qarşısı alınıb. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm