Azərbaycanda dəhşətli qəza: Ölənlər var
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli qəza: Ölənlər var

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb.

Qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

21:31

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, kənddə 2 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm