• USD 1,7000 0,00% EUR 1,8385 -0,23%
    • GBP 2,0769 -1,28% RUB 0,0220 0,00%

Dünya çempionumuz faciəvi şəkildə öldü - FOTO

  • Hadisə
  • 28 Yanvar 2020 16:32
  • 1 689 Baxış
Dünya çempionumuz faciəvi şəkildə öldü - FOTO

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev ağır yol-nəqliyyat qəzasında həyatını itirib.

Publika.az xəbər verir ki, qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub. Əslən dağıstanlı olan idmançının yaxınları "Midag.ru"ya məlumatı təsdiqləyiblər.

Hadisə zamanı avtomobildə olanların hamısı - S.Nəsrullayev və digər üç nəfər də həyatını itirib.

Qeyd edək ki, S.Nəsrullayev 54 kq çəki dərəcəsində çıxış edib. O 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatının qalibi olmuşdu.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR