Azərbaycanda 3 nəfər maşının altında qalıb öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda 3 nəfər maşının altında qalıb öldü

Daxili İşlər Nazirliyi yanvarın 28-də piyadaların ölümü ilə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Eyni saatda Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “MAN” markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılıb.

Bundan başqa yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində Talalar kənd sakini R.Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Sübhan Əfəndiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm