Polis əməliyyat keçirdi – Keçmiş məhkumdan avtomat götürüldü
Bizi izləyin

Hadisə

Polis əməliyyat keçirdi – Keçmiş məhkumdan avtomat götürüldü

Hacıqabul sakinindən odlu silah götürülüb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Hacıqabul dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmiyevdən nömrəsi silinmiş “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm